İctimai faydalı təşkilatlar barədə qısa icmal

Dosent İsrayıl İsgəndərov, Azərbaycan Turizm və Menecment Universitetinin “Menecment” kafedrasının müdiri,

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru,

i.isgandarov@atmu.edu.az; iisgandarov@umid-sid.az

 

 İctimai faydalı təşkilatlar barədə qısa icmal

 

XÜLASƏ

Təqdim olunan məqalə cəmiyyətin sosial rifahı naminə fəaliyyət göstərən İctimai Faydalı Təşkilatlardan bəhs edir. Bu təşkilatlar ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşması və bu kimi digər fəaliyyətlərlə məşğul olur. Belə ki, məqalədə ictimai faydalılıq anlayışının tərifi, bir neçə Avropa ölkəsində qəbul olunan ictimai faydalı fəaliyyətlərin təsviri, ictimai faydalı təşkilatlara verilən imtiyazların müəyyənləşdirilməsi, ictimai faydalılıq statusu, onun əldə olunması üzrə təklif olunan meyarlar kimi mövzulara toxunulur. Ümumiyyətlə, bu məqalədə əks olunan tədqiqatın əsas məqsədi ictimai faydalılıq statusunu tətbiqetmə prosesinə başladıqda dünya ölkələrinin təcrübələrini öyrənmək və yaymaqdır.

Açar sözlər: vətəndaş cəmiyyəti təşkilatları, ictimai faydalı təşkilatlar, ictimai faydalı fəaliyyətlər, ictimai faydalılıq statusu

 

 Basic Overview of Public Benefit Organizations

ABSTRACT

The presented article deals with the Public Benefit Organizations, which serves decisively for the social welfare of society. These organizations engage in a variety of activities like making social policies work for all, alleviating poverty, promoting public participation, protecting human rights, ensuring health and safety, food security and others. Accordingly, the points like definition of the concept of public benefit, delineation of public benefit activities accepted in several European countries, determination of the privileges to public benefit organizations, public benefit status, the proposed criteria for its achievement are scrutinized in this article. All in all, the research that the given article is about aims at studying and disseminating the experience from the countries in the world when applying the status of public benefit.

Keywords: civil society organizations, public benefit organizations, public benefit activities, public benefit status

 Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün hüquqi baza adətən təşkilatlara həm təşkilati/şəxsi, həm də ictimai faydalı məqsədləri həyata keçirmək üçün müxtəlif formalarda yaranmağa dəstək olur. Adətən hökumət öz qanunvericilik normalarında bütün VCT-lər üçün eyni imkanlar və status versə də, bəzi ölkələrdə məqsəd və fəaliyyətləri əsasında yaranan müəyyən qrup təşkilatlara xüsusi status verilir, onların cəmiyyət üçün daha da faydalılığı müxtəlif kriteriyalarla müəyyənləşdirilir. Bununla hökumət cəmiyyətə faydalılıq üzrə fəaliyyətləri təbliğ etməyə çalışır. Bu cür fəaliyyətləri həyata keçirən VCT-lərə “xeyriyyə” və ya “ictimai faydalı təşkilat” (İFT) kimi müxtəlif adlar verilir.

Dünya təcrübəsində İFT-ləri fərqləndirən və onların fəaliyyətlərini asanlaşdıran təcrübə dərin kök atıb. Mülki hüquq ənənəsi kimi ictimai faydalı məqsədlərə həsr olunmuş vəqflər b.e.ə. 5-ci əsrdə dünyanın müxtəlif ölkələrində mövcud olub. Xeyriyyə məqsədlərinin sui-istifadənin aradan qaldırılmasına müvəffəq olmuş Xeyriyyəçilik haqqında İngilis Əsasnaməsi 1601-ci ilə təsadüf edir. Zamanla, ictimai faydalılıq anlayışı xəstənin qayğısına qalmaq, insanlara təlim vermək, körpülər tikmək, yollar salmaq və bunlara uyğun məqsədlər həyata keçirmək kimi fəaliyyətləri özündə birləşdirib.

Təqdim olunan məqalədə biz “ictimai faydalılıq” ifadəsindən istifadə etməklə sözügedən statusu nəzərdə tutmuş olacağıq və hüquqi olaraq tanınmış, eləcə də, bu statusu uyğun olan təşkilatları digərlərindən fərqləndirmək üçün “ictimai faydalı təşkilat” (İFT) ifadəsindən istifadə edəcəyik.

Bu statusu təhlil edərkən biz İFT-lərin (1) xüsusiyyətləri və məqsədi; (2) tənzimləyici yanaşmaları; (3) meyarları; (4) qərar vermə səlahiyyəti; (5) sertifikatlaşdırma/qeydiyyat prosedurları və şərtləri; (6) imtiyazları; və (7) öhdəliklərini, eləcə də, nəzarət və hesabatlılıq kimi məsələləri müzakirə edəcəyik.

İCTİMAİ FAYDALI QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARI

İctimai faydalı qeyri-kommersiya təşkilatları sadə dildə desək, elə insanların qeyri-kommersiya təşkilatları haqqında düşündükləridir. Bu təşkilatlar geniş ictimaiyyət üçün sərfəli olan xeyriyyəçilikdir, yəni qeyri-kommersiya  fəaliyyətlərindən hər kəs faydalana bilər. İctimai faydalı qeyri-kommersiya təşkilatları adətən hədəf icmalarındakıların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün sosial xidmət, incəsənət, səhiyyə, təhsil və başqa sahələrə cəlb olunan fəaliyyətlərlə məşğul olur.

İctimai faydalı qeyri-kommersiya təşkilatları siyasi kampaniyalarda və ya pul bəxşişlərində və ya siyasi fəaliyyət göstərən namizədlərin xeyrinə iştirak edə bilməzlər. Əksər ölkələrdə ictimai faydalı təşkilatlar ictimai ianələr, hökumət substansiyaları və pul vəsaitlərinin toplanması vasitəsilə maliyyə yardımı alırlar. İctimai faydalı qeyri-kommersiya təşkilatlarının fəaliyyətinə son verilərkən öz aktivlərini başqa ictimai faydalı təşkilatlara, dövlətə və ya vergidən azad olunan digər təşkilatlara paylamalıdır.

Onlar digər qeyri-kommersiya təşkilatlarından necə fərqlənirlər?

Xeyriyyə məqsədlərinə görə ictimai faydalı qeyri-kommersiyalardan fərqlənən müxtəlif növ qeyri-kommersiya təşkilatları var.

  1. Dini qeyri-kommersiya: Dini qeyri-kommersiyalar dini məqsədlər üçün birləşən qeyri-kommersiyalardır. Onlar tez-tez “təriqətçi” nazirliklərə, “təriqətlərarası” təşkilatlara, sinaqoqlara, məbədlərə və başqa dini qeyri-kommersiyalara daxil edilir.
  2. Qarşılıqlı faydalı qeyri-kommersiya: Bu növ qeyri-kommersiyalar ümumiyyətlə  müəyyən qruplardan faydalanırlar və öz maliyyələrini üzvlük haqlarından toplayırlar. Ev sahibi assosiasiyası və ya müəyyən idman klubları qarşılıqlı fayda təşkilatlarına nümunədir və onlar yalnız müəyyən inklüziv qrupdan faydalanır. Qeyri-kommersiya olmasına baxmayaraq, qarşılıqlı fayda korporasiyaları İFT kimi təsnifləşdirilə bilmirlər.
  3. Məsələn, ABŞ-da bu status vergi qanunverciliyində təsbit olunmuş maddəyə müfaviq 501c kimi adlandırılır: İctimai faydalı qeyri-kommersiya təşkilatları bir çox qeyri-kommersiyalar 501c3 kimi təsnifləşdirilmək üçün müraciət edə bilər. Bunun üçün otuz dörd müxtəlif kateqoriya var. İctimai fayda təşkilatlar ümumiyyətlə, qeyri-kommersiyanın önündəki xeyriyyə məqsədinə görə 501c3 statusuna uyğun gəlir.

 

TƏNZİMLƏMƏ ŞƏRAİTİ

İctimai faydanın tənzimlənməsi üçün vahid yanaşma yoxdur. İctimai faydanın tənzimlənməsi ehtiyacının ardıcıl olaraq tanınmasına baxmayaraq (ən azı Avropada), tənzimləmə bazaları fərqlənir. Burada əsas tənzimləyici tendensiyaların icmalı verilir.

İctimai faydalılıq statusunu əldə etmək əsasən maliyyə tənzimlənməsi və dövlət dəstəyinə nail olmaq üstünlüyü verir. İctimai faydalı fəaliyyətləri təsdiq etmək üçün hüquqi baza ictimai faydalılıq statusu ilə güzəştli vergi münasibətlərini və dövlət dəstəyinin başqa formalarını birbaşa bağlamalıdır. Bu faydalar üzrə mübadilədə İFT-lər öz aktivlərini ictimaiyyət üçün istifadə etdiklərini sübut etməlidirlər. Bunun üçün onlara əlavə nəzarət mexanizmləri tətbiq oluna bilər.

Bəzi ölkələrdə (Bosniya, Bolqarıstan, Rumıniya və s) QHT qanunvericilik bazası ictimai faydalılıq statusunu müəyyən edir.  Bəzi ölkələrdə QHT-in müxtəlif təşkilati formaları fərqli qanunlar vasitəsi ilə (assosiasiyalar üzrə qanun, vəqflər üzrə qanun və s.) tənzimləndiyindən bu yanaşmanın tətbiqi problemlər yaradır. Əgər belə status heç bir maliyyə faydalarına səbəb olmursa, təşkilatların ictimai faydalılıq statusu üçün müraciət etməyə həvəsi olmaya bilər. Buna görə də məsələlərin hərtərəfli və ardıcıl şəkildə həll edilməsi üçün “ictimai faydalılıq” üzrə statusun alınması üzrə qaydaların və normativ-hüquqi aktların getdikcə daha çox müzakirə olunduğu müşahidə edilir. Macarıstan “ictimai faydalılıq” qanunvericiliyini 1997-ci ildə qəbul etdi; Litva 2002-ci ildə Xeyriyyə və Sponsorluq haqqında qanun qəbul etdi; Polşada 2003-cü ildə İctimai Faydalı Fəaliyyətlər və Könüllülük haqqında qanun qüvvəyə mindi, 2004-cü ildə Latviya İctimai Faydalı Təşkilatlar haqqında qanun qəbul etdi. Rusiyada “Qeyri kommersiya təşkilatları” haqqında qanun 1996-cı ildə qəbul olunsa da, ona davamlı olaraq əlavələr edilmişdir. 2017-ci ildə qəbul edilmiş əlavələrdən sonra ictimai faydalılığı qısaca olaraq bu şəkildə təsvir etmək olar. Rusiyada “İctimai faydalı fəaliyyətlər” və “ictimai faydalılıq status”  anlayışları verilib, bu qanuna əsasən özünü dövlətin partnyoru kimi sübut etmiş qeyri kommersiya təşkilatlarına dövlət tərəfindən regional və bələdiyyələrin sosial proqramlarının 10%-i daxil olmaqla bəzi güzəştlər ala bilər. Və bu cür təşkilatlar üçün 2 il müddətinə “ictimai faydalı xidmətlər”in icraçısı statusu verilə bilər.

Bu xüsusi qanunlar, ümumiyyətlə, ictimai faydalılıq statusunun təyin olunması, onu əldə etmək üçün meyarlar, verə biləcəyi faydalar və təyin etdiyi öhdəliklər də daxil olmaqla ictimai faydalılıq statusu ilə əlaqəli tənzimləmə məsələlərinin bütün tərəflərini həll edir.

 

İCTİMAİ FAYDANIN MÜƏYYƏN OLUNMASI VƏ FƏALİYYƏTLƏRİN ÖYRƏDİLMƏSİ

İlk növbədə, ümumun xeyrinə xidmət etməsi güman edilən müəyyən xüsusi məqsədləri sadalamaq yaxşı olar. Belə ki, ictimai faydalı fəaliyyət qanunla nəzərdə tutulan bir və ya bir neçə məqsədi təbliğ edən və dəstəkləyən qanuni fəaliyyətdir. Aşağıdakı siyahı Avropada bir və ya neçə ölkədə tanınan bütün ictimai faydalı fəaliyyətləri özündə ehtiva edir:

  1. İncəsənət; mədəniyyət; demokratiya; ekologiya və ya ətraf mühitin mühafizəsi; tarixin qorunması; humanitar və ya fəlakət zamanı yardım; həssas və ya yaralı heyvanlara qayğı;
  2. Fiziki və əqli məhdudiyyətli insanların qorunması və ya onlara yardım; uşaqların, gənclərin, qayğıya ehtiyacı olan fərdlərin qorunması; elm; sosial birlik; sosial və ya iqtisadi inkişaf; sosial rifah;
  3. Qaçqınlara yardım; xeyriyyə; mülki və ya insan hüquqları; istehlakçıların müdafiəsi; yoxsulluğun aradan qaldırılması; sağlamlıq və ya fiziki rifah; tibbi qayğı; irqi, etnik və dini ayrı seçkiliyin qanuni şəkildə aradan qaldırılması;
  4. Təhsil, təlim və maarifləndirmə;
  5. Hökumətin boyunduruğunu aradan qaldırmaq;
  6. Din;
  7. İctimai faydanı təbliğ etmək və dəstəkləmək üçün nəzərdə tutulan başqa fəaliyyətlər.

Əlbəttə, bu siyahı bəzi ölkələr üçün həddindən artıq çox ola bilər. Ölkələr öz ehtiyaclarını, dəyərlərini və ənənələrini əks etdirən ictimai faydalı məqsədləri seçirlər. Məsələn,

  • Hollandiyada ictimai faydalı məqsədlər həyat, xeyriyyə, mədəni, elmi və ictimai faydalılıq fəlsəfəsinə əsaslanan dini məqsədlər də daxil olmaqla tərtib edilib;
  • Almaniyada bu siyahıya ictimai səhiyyə qayğısı, ümumi rifah, ətrafmühitin mühafizəsi, təhsil, mədəniyyət, həvəskar idman, elm, xüsusi qayğıya ehtiyacı olan insanlar, kilsələr və dini məqsədlər daxildir;
  • Fransada vergi qanunu digərləri arasından ehtiyaclı insanlara, elmi və ya tibbi tədqiqata, həvəskar idmana, incəsənət və bədii irsə, təbiətin müdafiəsinə və Fransa mədəniyyətinin müdafiəsinə yardımı da ictimai faydaya daxil etmişdir;
  • Macarıstanda “ictimai faydalılıq” qanunvericiliyi səhiyyə qayğısı, elmi tədqiqat, təhsil və mədəniyyət də daxil olmaqla 22 məqsəd siyahıya alıb;
  • Polşa qanunu yuxarıda sadalanan ölkələrdə olduğu fəaliyyətləri əhatə etməklə 24 ictimai faydalı fəaliyyət siyahıya alıb;
  • Rusiyada xidmətlər siyahısı isə 18 bənddə verilmişdir ki, onlardan bəziləri Avropa ölkələrindən fərqlidir (ictimaiyyətin korrupsiyaya qarşı dözümlülüyə hazırlamaq, patriotizm, o cümlədən hərbi-patriotizm, vətənin müdafiəsində itgin düşmüşlərin axtarışı və s).

Bir çox ölkələr müəyyən fəaliyyət və ya məqsədləri ictimai fayda kimi istisna edir. Məhdudiyyətlərə adətən lobbiçilik və təşviqat (məsələn, Macarıstan İFT-lərə siyasi partiyalara maliyyə dəstəyini və ya siyasi fəaliyyətləri öhdəsinə götürməyi qadağan edir) kimi siyasi və qanunverici fəaliyyətlər daxil edilir. Bəzi ölkələr idman və dinləəlaqəli məqsədləri qadağan edir, bəziləri yox.

İkinci, ümumi istifadəyə xidməti nəzərdə tutaraq, bir çox ölkələr sadəcə olaraq “başqa fəaliyyətlər” mənasına gələn “hamısını tut” (“catch-all”) kateqoriyasını daxil ediblər. Bu təmin etmək üçün effektiv yoldur ki, sadalanan məqsədlər həddindən artıq qadağan olunmuş qaydada şərh olunmur və ictimai faydalılıq konsepsiyası dəyişən sosial şəraitlə ayaqlaşaraq elastik qalır; “hamısını tut” (“catch-all”) kateqoriyasının olmadığı ictimai fayda anlayışlarında ictimai faydaya xidmət edən yeni fəaliyyətləri əlavə etmək çətin olar. Qanun sadəcə olaraq aşağıdakılara oxşar müddəalar daxil edə bilər: “İctimai faydanı təbliğ etmək və dəstəkləmək üçün müəyyən edilən başqa fəaliyyətlər.” Ənənəvi hüquq ölkəsi kimi Birləşmiş Krallıq “xeyriyyə” məqsədlərini müəyyən etmək üçün bu nümunəyə əsaslanır. Zamanla, Birləşmiş Krallıqda məhkəmələr xeyriyyə məqsədlərini dörd qrupa böldülər: 1. yoxsulluq müavinəti; 2. təhsilin inkişafı; 3. dinin inkişafı; 4. ictimaiyyət üçün faydalı olan başqa məqsədlər. Beləliklə, məhkəmələr tanıyır ki, “xeyriyyə məqsədi” anlayışı hazırki sosial şəraitə uyğun dəyişməlidir.

Üçüncü, bir çox ölkələr tələb edir ki, necə müəyyən olunursa olunsun, təşkilat prinsip etibarı ilə  ictimai faydalı fəaliyyətlərdə iştirak etmək üçün yaradılır və fəaliyyət göstərir. Nizamlanan sənədləri əsas etibarı ilə ictimai faydalı məqsəd və fəaliyyətlər ilə məhdudlaşırsa, təşkilat prinsip etibarı ilə ictimai fayda üçün yaradılır. Əgər faktiki fəaliyyətləri prinsip etibarı ilə ictimai faydalıdırsa, təşkilat o zaman ictimai fayda üçün fəaliyyət göstərir. “Prinsip etibarı ilə” dedikdə ölkədən asılı olaraq 50 faizdən çox və ya faktiki olaraq hamısı nəzərdə tutula bilər. “Prinsip etibarı ilə” meyarı çox müxtəlif olaraq tətbiq edilir – məsələn, xərclərin bir qismini, kadrlara ayrılmış vaxtın bir qismini və ya mənfəətdarların dövrünü ölçməklə.

Hollandiyada həlledici faktor “potensial faydalananlar”dır. Əgər fəaliyyətlər həddindən çox məhdud qrupdan olan insanlara (məsələn, ailəsi olan insanlar) hədəflənirsə, onda təşkilat ictimai faydalılıq statusu hüququ qazanmır. Əgər təşkilat öz üzvlərinə xidmət edirsə və ictimai faydalı fəaliyyətlə məşğuldursa və  bütün fəaliyyətinin ən azı 50 faizi ictimai faydalı fəaliyyətdirsəo  ictimai faydalılıq statusu ala bilər.  Fransada İFT kimi təsnifləşdirilmək üçün əvvəlcə təşkilat ən azı bir ictimai faydalı fəaliyyətlə məşğul olmalıdır və o Fransada  fərdlərin müəyyən olunmamış geniş bir qrupuna xidmət etməlidir.

İngiltərənin və Uelsin Xeyriyyə Komissiyası ictimai faydaya daha tələbkar qoşulma tələb edir. Təşkilatın xeyriyyə kimi qəbul olunması üçün onun məqsədləri yalnız xeyriyyə istiqamətli olmalı və o ictimaiyyətin faydası üçün yaradılmalıdır. Xeyriyyə Komissiyası üç meyar tətbiq edir:

  1. təşkilat ictimaiyyət üçün aydın faydalar bağışlamaq qabiliyyətində olmalıdır;
  2. faydalar almaq üçün uyğun olanlar ictimaiyyət hesab edilmək üçün kifayət qədər böyük qrupu və ya icmanın yetərli bölməsini təşkil etməlidir;
  3. fərdlər üçün şəxsi faydalar təsadüfi olmalıdır və ictimaiyyət üçün faydalardan üstün olmamalıdır.

İkinci meyarla əlaqədar olaraq o da vurğulanmalıdır ki, İngiltərə təcrübəsi təşkilatlardan faydalananlara əsasən xüsusi irqi, etnik, dini və ya başqa qruplara (əgər faydalar təkcə o qrupun üzvlərinə qadağan edilmirsə) mənsub olmağa icazə verir.

Eynilə, Almaniya tələb edir ki, vergi güzəştləri alan təşkilat öz ictimai faydalı fəaliyyətlərini istisnasız olaraq, birbaşa və heç bir maraq güdmədən yerinə yetirsin. Eləcə də, Polşa tələb edir ki, ictimai faydalı təşkilatistisnasız olaraq ictimai faydalı fəaliyyətlə məşğul olsun. Polşa təşkilatları digərləri arasında aşağıdakı tələblərə cavab verməlidir:

  • bütün cəmiyyət üçün və ya müəyyən olunmuş qrup üçün və ya cəmiyyətin qalan hissəsi ilə müqayisədə yaşayış və maliyyə vəziyyəti xüsusən çətin olan fərdlər üçün qanunla müəyyən edilmiş fəaliyyətləri yerinə yetirir;
  • ictimai faydalı fəaliyyətlər təşkilatın yeganə qanunla müəyyən edilmiş fəaliyyətləridir (üzvlük əsaslı təşkilatlar üzvlərə xidmət edən fəaliyyətləri öhdəliyinə götürə bilər);
  • o iqtisadi fəaliyyətlər həyata keçirmir və ya onun iqtisadi fəaliyyətləri qanunla müəyyən edilmiş fəaliyyətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırılır; və
  • onun bütün gəlirləri ictimai faydalı fəaliyyətlərə ayrılır.

 

QƏRAR QƏBUL EDƏN ORQAN

Hansı təşkilatların ictimai faydalılıq statusu almağa səlahiyyətinin olub-olmadığına kim qərar verir? Bu sualın cavabının ictimai faydalı təşkilatların və ümumiliklə qeyri-kommersiya sektorunda mühitin formalaşması və fəaliyyətin tənzimlənməsi üçün ciddi əhəmiyyəti vardır. Qərar qəbul edən şəxs ictimai faydalılıq statusunu verməksəlahiyyəti var; ictimai faydalılıq statusunu ləğv etməyə əlavə səlahiyyəti var; və bəzi ölkələrdə ictimai faydalı təşkilatların işini dəstəkləmək və nəzarət etmək üçün də məsuliyyət daşıyır. Səlahiyyətli orqan qisməndə bəzi ölkələrdə müstəqil komissiyalar, bəzilərində vergi orqanları, digərlərində Məhkəmə və ya Ədliyyə Nazirliyi kimi dövlət orqanı çıxış edir. Hər yanaşmanın fərqli üstünlükləri və çatışmazlıqları var.

İngiltərədə və Uelsdə bu səlahiyyətlər “Xeyriyyə Komissiyası”nadır. Xeyriyyə komissiyası dövlətin bir hissəsi olsa da, siyasi proseslərdə müstəqildir.

Maraqlıdır ki, Assosiasiyalar haqqında Moldova qanunu Moldova Komissiyası kimi tanınan oxşar orqan yaratdı. Moldova Komissiyası üçü prezident, üçü parlament, üçü də hökumət tərəfindən təyin olunmaqla doqquz nəfərdən ibarətdir.

Müstəqil komissiya yanaşmasına tamamilə əks olaraq bir neçə ölkə dövlət sərəncamı ilə ictimai faydalılıq statusu verilir. Məsələn, Belçikada mədəni fəaliyyətlərlə məşğul olan təşkilatlara kral fərmanı ilə bu status verilir.

Bir çox ölkələrdə ictimai faydanın müəyyən olunması vergi orqanları tərəfindən həyata keçirilir. İctimai faydalı fəaliyyətin ən azı bir neçə  kateqoriyası üçün bu yanaşmanı qəbul edən ölkələrə Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Portuqaliya və İsveç daxildir. Məsələn, Danimarkada ictimai faydalılıq statusu illik dərc olunmuş siyahı ilə maliyyə alır, Finlandiyada bu status beş illik müddət üçün maliyyə yardımı alır, Almaniyada bu proses hər üç ildən bir baş verir, Hollandiyada tələb olunmur, lakin müraciətçinin şəffaflıq və hesabatlılıqla əlaqədar qəbul olunmuş müəyyən meyarları vardır.

Bolqarıstanda Ədliyyə Nazirliyi ictimai fayda tənzimlənməsi (sertifikatlaşdırma və nəzarət) üçün məsuliyyət daşıyır. Bəlkə də ictimai fayda məsələlərini bir nazirliyə verməkdən daha böyük təhlükə özbaşınalıq təhlükəsidir, yəni siyasi motivli qərar-qəbul etmədir.

Yunanıstan, Macarıstan və Polşada: Bu, həqiqətən, siyasiləşmiş qərar-qəbul etmədən qaçmaq üçündür ki, məhz bu səbəbdən bəzi ölkələr ictimai faydalı təşkilatları tanımaq və ya təsdiq etmək üçün səlahiyyətləri məhkəmələrə həvalə etməyi üstün tutmuşdur. Fransa assosiasiyaların və vəqflərin ictimai faydalılıq statusuna uyğun olub-olmadığına qərar vermək üçün the Conseild’Etat- ən yüksək administrativ məhkəməyə səlahiyyət verib. Məhkəmələrin hər cəhətdən səlahiyyət sahibi olduğu ölkədə məhkəmə əsaslı qeydiyyat əlavə üstün imkanlar təklif edə bilər.

 

TƏYİN ETMƏ / QEYDİYYAT QAYDASI

Bu bölmə ictimai faydalılıq statusu almaq istəyən təşkilatlar üçün Avropa (xüsusilə Macarıstan və Polşa) qeydiyyat qaydalarını müqayisə edir.

Ümumiyyətlə, ictimai faydalılıq statusu üçün müraciət edən QHT-lər (1) ictimai faydalı fəaliyyətləri seçməklə, (2) maraqların toqquşmasına qarşı təminat daxil olmaqla daxili idarəetmə tələbləri ilə uyğunluq və fəaliyyət tələbləri (ictimai faydalı fəaliyyətin dərəcəsi) və məhdudiyyətləri (kommersiya məqsədli, siyasi və s.) ilə uyğunluğu göstərməklə sənədləşməni təqdim etməlidirlər.

İctimai faydalı təşkilatların tanınmasını asanlaşdırmaq dövlətin marağındadır. Tanınmanı gecikdirən qeydiyyat tələbləri  ictimai faydalı təşkilatların işinə yalnız mane olur. Bu səbəbdən qanunda və ya tənzimləmələrdə ehtiva olunan hüquqi baza hesabatlılıq və şəffaflığın uyğun standartlarını qoyaraq qeydiyyatı asanlaşdıran aydın üsulu tələblər irəli sürməlidir.

İCTİMAİ FAYDALI TƏŞKİLATLAR ÜÇÜN İMTİYAZLAR

Bu bölmə dövlət dəstəyinin səciyyəvi xüsusiyyətlərinin qısa xülasəsini verərək dövlət imtiyazlarının ictimai faydalılıq statusu ilə bağlılığının vacibliyini vurğulayır.

İctimai faydalı kimi tanınmaq İFT-lərin davamlılığına və işinə kömək edən dövlət imtiyazlarını təmin etməlidir. Dövlət imtiyazları bəsit olaraq təşkilatın gəlirlərini vergidən azadetmə, təşkilatın donorları üçün vergi şirnikləndirmələri və ƏDV-nin asanlaşdırılması formasında olur. İFT-lər dövlət subsidiyaları və ya qrantlar və əldə olunan müəyyən dövlət müqavilələrində güzəştli yardımlar ala bilərlər. Bu imtiyaz hansı formada olursa olsun, təməl prinsip faydaların İFT-lərin tənzimlənməsi ilə bağlı olmasıdır.

Adətən dövlət İFT-lərə vergi imtiyazları tətbiq edir. Vergidən azad olmalar müxtəlif formalarda verilə bilər və əgər gəlir ictimai faydalı məqsədləri dəstəkləmək üçün istifadə olunursa, o zaman tətbiq olunur. Gəlirin aşağıdakı kateqoriyaları vergidən azad oluna bilər:

  • qrantlar, ianə və üzvlük haqlarından gələn gəlir;
  • iqtisadi fəaliyyətdən gələn gəlir;
  • investisiya gəliri;
  • real əmlak vergisi;
  • hədiyyə və miras vergisi; və
  • əlavə dəyər vergisi.

İFT-lərə ianə verən korporasiyalar və fərdlər üçün vergi güzəştləri ictimai faydalı fəaliyyətləri dəstəkləmək üçün fərdi xeyriyyəçiliyi təşviq etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə vergi güzəştləri vergi kreditləri və ya daha bəsit vergi çıxılmaları formasında ola bilər. Demək olar ki, donor güzəştləri ya qəbul edənin ictimai faydalılıq statusu ilə, ya da qəbul edənin məşğul olduğu sadalanan ictimai faydalı fəaliyyətlərlə bağlıdır. Məsələn, Fransa və Almaniya yalnız ictimai faydalı təşkilatlarına vergi çıxılmayan ianələr almağa icazə verir.

Aşağıdakılar da daxil olmaqla, dövlət ictimai faydalı təşkilatlara dəstəyin bir çox fərqli formalarını tətbiq edə bilər:

Hesabat. İctimai faydalı təşkilatların şəffaf və hesabatlı olmasını təmin etmək üçün dövlətin maliyyə məlumatı (məsələn, illik maliyyə hesabatları və ya ictimai mənbələrdən və ya ictimai fayda üçün istifadədən qazanılan aktivlərin istifadəsinin uçotu) və proqrammatik məlumat (məsələn, ictimai maraq naminə həyata keçirilmiş fəaliyyətlər üzrə hesabat) daxil olmaqla, ictimai subsidiyaların necə xərcləndiyi haqqında məlumat tələb edən qanuni maraqları vardır.

İngiltərə və Uelsdə hesabatlılıq bazası xeyriyyə həcminə görə dərəcələndirilir. İllik gəlirdə başlanğıc hədd 10000 Britaniya funt sterlinqi müəyyən edilir. Bu həddin altındakılar reyestrin doğruluğunu sübut etmək üçün fəaliyyətlərinin, daxil olmalarının və ödəniş hesablarının yalnız əsas detallarını təmin etməlidirlər; bu həddin üstündəkilər isə gəlirlərini daha detallı şəkildə tamamlamalı və öz hesabat və uçotlarında göndərməlidirlər.

Audit və Yoxlamalar. Hesabat öhdəlikləri ilə yanaşı, hakimiyyət orqanları bəzən prosessual təminatlara baxmayaraq, tez-tez dövlət yoxlamaları, auditləri və başqa monitorinq alətləri tətbiq edirlər. Məsələn, Almaniyada daimi vergi yoxlamasından əvvəl QHT-lərə hazırlaşmaq üçün bildiriş və lazımi vaxt verilməlidir; yalnız ƏDV yoxlamaları xəbərdarlıq etmədən aparıla bilər. Bolqarıstanda İFT-lər dövlət və ya bələdiyyə subsidiyalarının və ya Avropa proqramları çərçivəsində qrantların istifadəsi üçün maliyyə auditlərinə məruz qalırlar. Məsul audit orqanı audit aparmaq üçün səbəb göstərməlidir, lakin audit haqqında əvvəlcədən bildiriş tələb olunmur. Macarıstanda İFT-lər büdcə subsidiyalarının istifadəsi üçün Dövlət Audit Bürosu tərəfindən nəzarətə məruz qalırlar. Polşada Sosial Təhlükəsizlik Nazirliyinin təşkilatın əmlakına, sənədlərinə və başqa məlumat daşıyıcılarına çıxış hüququ, eləcə də, yazılı və şifahi izahat tələb etmək hüququ var. Belə yoxlama İFT-nın nümayəndəsinin və ya digər şahidin iştirakı ilə həyata keçirilməlidir. Yoxlanış aparan rəsmilər yazılı hesabat hazırlamalıdırlar; İFT rəhbərinin  yazılı izahatı təsdiqləməsi və ya hesabatın məzmununa etiraz etməsi üçün 14 gün vaxt müəyyənləşdirilir.

 

ÖZƏLLİKLƏR

Bir çox kontinental Avropa ölkələrində müəyyən təşkilatların “ictimai faydalı” kimi tanınması  təşkilatın “status” əldə etdiyini və ayrıca hüquqi şəxs kimi qeydiyyata alındığını göstərir.

Ümumiyyətlə, ictimai faydalılıq statusunun əldə olunması könüllü şəkildə həyata keçirilir.

Qeyd edək ki, Avropa ölkələri bu statusu aşağıdakı məqsədlər üçün qəbul etmişdir:

  1. Özəl resursların VCT-lərə axınını həvəsləndirmək- özəl vəsaitləri İFT-lərə vermək üçün stimul yaratmaq – məs., korporativ və ya fərdi ianələr (Macarıstan), faiz mexanizmi (Polşa).
  2. Sosial xidmətlərin göstərilməsində dövlət-SCT münasibətlərini asanlaşdırmaq –Polşada İFT-lər ictimai xidmətlər üçün dövlət agentlikləri ilə eyni səviyyədə tenderlər təklif etməyə uyğundur. İFT-lər üzrə Macarıstan Aktı ictimai faydalılıq statusunun iki səviyyəsini təqdim edir: bu sahədə yeni addımlayan və tanınmış. Təşkilatlar adətən hər hansı bir dövlət orqanları ilə müqavilə imzalayaraq yerli hökumət idarələri qarşısındakı öhdəlikləri öz üzərinə götürürsə, “tanınmış ictimai faydalı təşkilat” statusunu qazanmış olur.
  3. VCT-lərlə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsi – Polşada İFT Qanununun təqdimatı ilə daha şəffaf və məqsədyönlü QHT-lərin yaradılmasının bu sektorun ümumi zəif imicinin yaxşılaşmasına və vətəndaş cəmiyyəti təşkilatlarına inamın artmasına kömək etməsi gözlənilir.

İctimai faydalılıq statusunun tətbiq olunması vasitəsilə hökumətlər QHT-lərə verilən vergi imtiyazlarının ictimaiyyət və cəmiyyətin mənfəəti üçün nəzərdə tutulduğunu təsdiq edir.

İCTİMAİ FAYDALILIQ STATUSUNU ALMAQ ÜÇÜN TƏKLİF OLUNAN MEYARLAR

İctimai faydalılıq statusunu almaq üçün təklif olunan meyarlar ölkədən asılı olaraq fərqlənir və qanunvericiliyin məqsədlərini, cəmiyyətin ehtiyaclarını və yerli şəraiti və ənənələri əks etdirmək üçün tərtib olunur. Ümumiyyətlə, ictimai faydalılıq statusunu maliyyələşdirən zaman aşağıdakı meyarlar nəzərə alınır: ictimai faydalılıq statusu üçün fəaliyyətlərin kvalifikasiyası, uyğun təşkilatlar, İFT-lərin cəmiyyətin mənfəəti istiqamətində fəaliyyət göstərməsi, hədəf mənfəətdarlar və maliyyə və idarəetmə tələbləri.

 

Ümumiyyətlə, ölkələrin öz ehtiyac, dəyər və ənənələrini əks etdirən ictimai faydalı məqsədlər seçməsi vacibdir.

 

Latviyanın İctimai Faydalılıq Qanunu– İctimai faydalı fəaliyyət cəmiyyəti və ya onun bir hissəsini mühüm mənfəətlə təmin edən fəaliyyətdir, xüsusilədə, əgər o xeyriyyə fəaliyyətlərinə, insan və vətəndaş hüquqlarının qorunmasına, vətəndaş cəmiyyətinin inkişafına, təhsil, elm, mədəniyyət, sağlamlıq və xəstəliyin profilaktikasının təbliğinə, idmana dəstəyə, ətrafmühitin qorunmasına, qəzalar və fövqəladə hallar zamanı ilk yardımıngöstərilməsinə və cəmiyyətin ictimai rifahının yüksəldilməsinə, həmçinin aşağı gəlirli, sosial olaraq dezavantajlı sayılan insan qrupları və s. kimi mövzulara istiqamətlənərsə.

 

Aşağıdakılar ictimai faydalı fəaliyyətlər hesab olunmur:

 

1) Siyasi təşkilatların (partiyaların) və ya onların seçki kampaniyasının dəstəklənməsinə istiqamətlənən fəaliyyətlər; 2) Sosial olaraq dezavantajlı sayılan insan qruplarının və aşağı gəlirli şəxslərin və ya ailələrin maraq və hüquqlarını qorumaq üçün təsis edilən assosiasiya və fondları təbliğ edən fəaliyyətlər istisna olmaqla, assosiasiyanın və fondun üzvlərinə və ya onun təməlini qoyanlara və şəxsi maraq və ehtiyacların ödənməsi üçün onlarla iş birliyi quran şəxslərə məxsus fəaliyyətlər.

 

İctimai faydalılıq statusunun müəyyənləşdirilməsində ikinci meyar onu ala bilən hüquqi subyektlərin növüdür. Yuxarıda qeyd edildiyi kimi, ictimai faydalılıq statusu adətən ya təşkilatın qeydiyyatından sonra ya da bu müddət ərzində təmin edilir. Beləliklə, təşkilatlar ictimai faydalı statusu üçün müraciət etməzdən əvvəl hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər (tanınmalıdır).

Polşa Qanunu İFT statusu üçün müraciət edə bilməyən təşkilatların siyahısını təqdim edir:

 

  1. Siyasi partiyalar;
  2. Həmkarlar ittifaqları və işəgötürənlərin təşkilatları;
  3. Peşəkar özünü idarəetmələr;
  4. Yalnız Dövlət Xəzinədarlığı tərəfindən təsis olunan fondlar və/və ya özünü idarəetmə bölməsi, aşağıdakılar istisna olmaqla:

 

  1. fondun əmlakı bütünlüklə dövlətə və ya onun yerli özünüidarəetmə orqanına məxsus deyil və ya İctimai Maliyyə haqqında Qanun çərçivəsində ictimai resurslarla maliyyələşmir;
  2. fond elm və humanitar sahədə qanunla müəyyən edilmiş fəaliyyətləri həyata keçirir;

 

  1. Siyasi partiyalar tərəfindən yaradılan fondlar;
  2. İdman fəaliyyətlərinin idarə olunmasına uyğun olaraq fəaliyyət göstərən kompaniyalar.

 

Digər meyarlar/şərtlər

Yuxarıda danışılan əsas meyara əlavə olaraq, bəzi qanunlar ictimai faydalılıq statusunu almağı arzulayan və ya vergi və başqa mənfəətlərə uyğun olan təşkilatların siyahısına daxil olmaq istəyən təşkilatın yerinə yetirməli olduğu əlavə meyarları da təyin edirlər. Bu əlavə meyarlara aiddir: iqtisadi fəaliyyətlərlə əlaqəli məhdudiyyətlər, siyasi fəaliyyətlərlə əlaqəli məhdudiyyətlər, maliyyə idarəetməsi, aktivlərin idarəedilməsi və paylanması, idarə heyətinin və işçilərin mükafatlandırılması və s.

Estoniyanın Gəlir Vergisi Aktı

Aşağıdakı tələblərə cavab verən qeyri-kommersiya assosiasiyası və ya fondu (bundan sonra assosiasiya) siyahıya daxil edilməlidir:

  1. Assosiasiya ictimai maraqlar naminə fəaliyyət göstərməlidir;
  2. Bu xeyriyyə məqsədli, yəni məhsul və xidmətləri ilk növbədə təmənnasız təklif edən assosiasiya olmalıdır, hər bir assosiasiya öz hədəf qrupuna daxil olan üzvlərinə müəyyən ödənişlər etməkdə dəstək göstərməlidir;
  3. Assosiasiya öz aktivlərini və ya gəlirini, maddi yardımı və ya maddi olaraq qiymətləndirilə bilən faydaları öz təsisçilərinə, üzvlərinə, nəzarət orqanının və ya idarəetmənin üzvlərinə, paylamamalıdır.
  4. Assosiasiyanın ləğvi ilə bərabər, kreditorların tələblərinin qarşılanmasından sonra yerdə qalan aktivlər siyahıda ictimai qanuna daxil olan hüquqi şəxsə və ya assosiasiyaya ötürülməlidir;
  5. Assosiasiyanın inzibati xərcləri onun məqsədlərinin və fəaliyyətinin xarakterinə uyğun olmalıdır;
  6. Assosiasiyanın nəzarət orqanının və ya idarəetməsinin üzvlərinə və işçilərinə ödənilən mükafat biznes sektorundakı eyni iş üçün ödənilən mükafatın məbləğindən artıq olmamalıdır.

NƏTİCƏ

“İctimai faydalı fəaliyyət növləri” və “İctimai faydalılıq” statusunun müəyyənləşdirilməsi, həmçinin bunlara ehtiyac ölkələlərdən asılı olaraq dəyişir. Bu statusun tətbiqində əsas məqsəd cəmiyyət üçün faydanın məqsədlərini və fəaliyyətlərini təmin etmək, ictimai faydalı fəaliyyətləri təbliğ etmək və İFT-lərə verilən imtiyazların müəyyənləşdirilməsidir. İctimai faydalılıq statusu, həmçinin cəmiyyətin mənfəəti naminə edilən fəaliyyətlərlə məşğul olan təşkilatlarda dövlət imtiyazlarının digər növlərini genişləndirmək, dövlət və VCT-lər arasında əməkdaşlığı dəstəkləmək və ya bu sektorun hesabatlılığını və imicini artırmaq üçün tətbiq edilə bilər. Bu statusun tətbiqinə nail olmağı hədəfləyən qanunvericiliyin məqsədləri ictimai faydanın tənzimlənməsində ümumi siyasəti idarə etməlidir. Arzu olunan nəticəyə nail olmaq üçün tənzimlənmənin yerinə yetirilməsinə təsir edəcək müxtəlif yerli faktorlara (mövcud hüquqi baza, yerli mədəniyyət və adət-ənənələr, mövcud faydalar, üçüncü sektorun inkişaf səviyyəsi, hökumətlə əlaqələr) da diqqət yetirilməlidir.

Bu tədqiqatın əsas məqsədi  ümumi sualları və ictimai faydalılıq statusunu tətbiqetmə prosesinə başladıqda dünya ölkələrinin təcrübələrini öyrənmək və yaymaqdır. Bu təcrübələrə aşağıdakılar daxildir:

  • Tənzimləyici yanaşmalar hansılardır? İctimai faydalı statusu haqqında ayrıca qanun qəbul edilməlidirmi və ya bunu digər qanunvericili aktları ilə tənzimləməlidir?
  • İctimai faydalılıq statusunun verilməsi üçün hansı meyarlar var? Bu status üzrə müraciət edə bilmək üçün hansı subyektlər uyğundur? Bu statusa hansı subyektlər müraciət edə bilər? Bu statusu ala bilmək üçün təşkilatların fəaliyyətləri ancaq ictimai fayda üçünmü olmalıdır və onlar kimə hədəfləməlidirlər?
  • İctimai faydalılıq statusunu kim verir? Vergi orqanları, məhkəmələr, müstəqil komissiyalar yoxsa nazirliklər?
  • İctimai faydalılıq statusunun verilmə qaydası necədir?
  • İctimai faydalı təşkilatlar üçün fayda və vəzifələr hansılardır?

Ümumiyyətlə, çox az ölkələr bir neçə müvafiq nazirliklərin daxilində qərar qəbuletmə orqanı yarada bilmişlər. Rumıniya bir istisnadır. Baxmayaraq ki, bu yanaşma nazirliklərin ictimai faydalı fəaliyyətlərini (məsələn, Səhiyyə Nazirliyi səhiyyə ilə bağlı fəaliyyətləri davam etdirən VCT-nin ictimai fayda haqqında müraciətini nəzərdən keçirir) qiymətləndirən müvafiq ekspertiza ilə təmin olunmasında faydalı görünə bilər, lakin onların daha çox çatışmazlıqları var. Məsələn, siyasi qərar qəbuletmə təhlükəsi olduğu kimi qalır; sertifikatlaşma/qeydiyyat üçün Ekologiya Nazirliyinə müraciət etməyə iddiası olan və ekoloji vəkilliklə məşğul olmaq istəyən Ekoloji VCT əsas hesab edilir. Nazirliklər arasında ziddiyyətli qərar qəbuletmə problemi kəskin olaraq qalır və s.

Bu tədqiqat bütün suallara cavab verməyi hədəfləmir, çünki xüsusi yanaşma yerli şəraitdən və ümumi ətraf mühitdən asılıdır. Burada təsvir olunan müxtəlif yanaşmalar ölkələrin sosial-iqtisadi, demoqrafik, siyasi və digər inkişaf səviyyələrinə uyğundur. Vətəndaş cəmiyyətinin inkişaf səviyyəsindən, dövlət-vətəndaş cəmiyyəti münasibətlərindən və ölkənin inkişaf səviyyəsindən asılı olaraq “ictimai faydalı fəaliyyətlər” və “ictimai faydalılıq” statusu müvafiq qanunlar, normativ-hüquqi aktlar vasitəsilə tənzimlənməlidir.

 

İSTİNAD

  1. A Comparative Overview of Public Benefit Status in Europe, The International Journal of Not-for-Profit Law, Volume 11, Issue 1, David Moore, Katerina Hadzi-Miceva, Nilda Bullain, Austria, November 2008
  2. Article entitled “Number Of Regıstered Publıc Benefıt Foundatıons In Europe Exceeds 147,000”, Lawrence T. McGill, Ph.D., Foundation Center, 1 October 2016
  3. Basic Guide to Income Tax Exemption for Public Benefit Organisations (Issue 2), SARS, Hatfield, 2016
  4. Law On Publıc Benefıt Actıvıty And Volunteerısm, Poland, 24 April 2003
  5. Model Law For Publıc Benefıt Foundatıons In Europe, Discussion Document, EFC, Brussels, May 2003
  6. Public Benefit Organisations (PBO) Act 2013, C/O Poverty Eradication Network (PEN), Waiyaki Way, Westlands, Nairobi, 2013
  7. Publıc Benefıts Organızatıons Act No. 18 of 2013, RevisedEdition, National Council for Law Reporting with the Authority of the Attorney-General, Kenya, 2014
  8. https://www.belastingdienst.nl/wps/wcm/connect/bldcontenten/belastingdienst/business/other_subjects/public_benefit_organisations/
  9. https://www.exceed.co.za/news/non-profit-and-public-benefit-organisations/?id=12&entryId=116
  10. https://www.gov.uk/government/publications?departments%5B%5D=charity-commission&publication_type=corporate-reports
  11. http://www.sars.gov.za/ClientSegments/Businesses/TEO/Pages/default.aspx
  12. http://www.gov.za/services/company-income-tax/approval-public-benefit-organisation
  13. https://www.score.org/resource/nonprofit-corporations-vs-profit-corporations