“Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı layihənin icrasına start verilib.

Layhə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində dəstəklənir. Bu layihənin icrası Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyinin eksperti Qadir Ibrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi gənclərin demokratiya, insan hüquqları ilə bağlı biliklərinin artırılmasıdır. Eyni zamanda insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin təşviqi də layihənin məqsədlərı sırasına daxildir.

Strateq.az xəbər verir ki, layihə fəaliyyətlərindən biri kimi “Demokratiya koofisenti” adlı mobil əlavə yaradılması nəzərdə tutulub. Mobil əlavə məhşur “Kim milyoncu olmaq istəyir?” formatında hazırlanacaq. Bu mobil əlavə istifadəçilərə demokratiya və insan hüquqları ilə bağlı sualları cavablandırmağa və sonda bu sahədəki bilikləri barədə dəyərləndirmə aparmağa imkan verəcək. Mobil əlavə android platformasında işləyən mobil telefonlar üçün yaradılacaq.

Mobil əlavə ilə bağlı geniş məlumatlandırma tədbirləri keçiriləcək.

Eyni zamanda layihə fəaliyyətərindən biri kimi http://bizimmekteb.org/- Virtual İnsan Hüquqları Məktəbi-resursunun təkmilləşdirilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.

Layihə çərçivəsində 10 tanınmış ictimai xadim, vətəndaş cəmiyyəti fəalının demokratiya, insan haqları və informasiya azadlığı ilə bağlı mümkün islahatlar, qanunverciliyin təkmilləşdirilməsi və s. mövzularda yazdığı məqalələr KİV vasitəsilə tirajlanacaq. Sonda bu məqalələrdəki təkliflər sistemləşidirləcək və ümumiləşdirilərək hökumətə təqdim olunacaq.