Dövlət məmurları üçün “İnformasiya açıqlığı” mövzusunda dörd onlayn mühazirə keçirilmişdir.

29 aprel – 04 may 2021-ci il tarixlərində dövlət məmurları üçün “İnformasiya açıqlığı” mövzusunda dörd onlayn mühazirə keçirilmişdir. Mühazirələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platformasının əməkdaşlığı ilə təşkil olunmuşdur.

“İnfomasiya açıqlığı üzrə Azərbaycan Respublikasının qanunvericiliyi”, “Beynəlxalq standartlar  və onların Azərbaycanda tətbiqi”, “Məlumatların açıqlanmasına dair milli qanunvericiliyin tətbiqi təcrübəsi: problemlər və çağırışlar, tövsiyyələr”, və  “Beynəlxalq  təcrübənin  icmalı (Gürcüstan, Ukrayna, ABŞ-da məlumat açıqlığı təcrübəsi)” mövzularında mühazirələr ŞVC layihəsinin ekspertləri Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və Rena Səfərəliyeva tərəfindən həyata keçirilmişdir.

Ümumilikdə dörd mühazirəyə 7 dövlət orqanından 98 iştirakçı qoşulmuşdur.