“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə milli təcrübədə ilk dəfə olaraq “Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması – Vətəndaş cəmiyyəti üçün Bələdçi” hazırlayıb. Bələdçi kitab şəklində nəşr olunub.
Bu vəsaitdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq standartlar, beynəlxalq konvensiyalar, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq şəbəkələr, indekslər, monitorinq mexanizmləri, həmçinin milli standartlar və onların izahı barədə məlumatlar verilib. Beynəlxalq konvensiyalar və təşəbbüslərdən irəli gələn öhdəliklərin icrasında, monitorinqində, İndekslərin hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı, imkan və mexanizmlərinin izahı verilib.
Vəsaitdə eyni zamanda dövlət qulluğunda etik qaydalar, bununla əlaqədar beynəlxalq standartlar, təcrübələr barədə məlumatlar verilib. ƏN BAŞLICASI həmçinin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən MONİTORİNQ aparılması, monitorinq üsulları barədə bilgilər əks olunub.
Bu vəsait QHT-lərin monitorinq, antikorrupsiya araşdırmaları aparmada bilik və bacarıqlarını artırmaqda praktik kömək edəcəkdir. Kitab QHT-lərə və ictimai təşkilatlara, fondlara, kitabxanalara, assosasiyalara pulsuz paylanır və çatdırılır. Vəsaiti əldə etmək istəyənlər 0552136500 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yaxud ibrahimli-zaur@mail.ru e-mailin yaza bilərlər.