OECD OURdata İndeksi haqqında məlumat

Açıq məlumatlar konsepsiyası (open data)  –  müəyyən məlumatların müəllif  hüququ, patent və digər nəzarət mexanizmləri ilə məhdudlaşdırılmadan  texniki vasitələr tərəfindən oxunan və emal, istifadə edə bilən  olması  ideyasını əks etdirir. Creative Commons kimi pulsuz lisenziyalar vasitəsilə məlumatlarınızı müəllif hüquqları məhdudiyyətlərindən azad edə bilərsiniz. Əgər hər hansı bir verilənlər bazası ictimai mülkiyyətdə deyilsə, yaxud sərbəst istifadəyə icazə verən bir lisenziyaya bağlı deyilsə, İnternetdə texniki vasitələr tərəfindən oxunaqlı bir  formada yerləşdirilsə belə, açıq hesab edilmir.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Açıq hökumət məlumatları layihəsi

 

Açıq Hökumət Məlumatları ilə bağlı hökumətlər bir çox suallarla üzləşə bilərlər. Məsələn, hamı üçün açıq olacaq məlumatların toplanması və emal edilməsi xərclərini kim çəkməlidir? Dövlət  orqanları üçün öz məlumatlarını saxlamağa və yeniləməyə hansı stimullar var? İctimai faydanı  daha çox təmin etmək üçün ilk növbədə hansı məlumatları  email etmək, əlçatan etmək lazımdır?

 

İƏİT (OECD) Açıq Hökumət Məlumatalrı layihəsi bu sahədə regional əməkdaşlığı təmin etmək, bu təşəbbüslərin iqtisadi və sosial dəyərlər yaradılmasına təsirini ölçmək üçün metodologiyalar yaratmağa istiqamətlənib. Həmçinin bu layihə müxtəlif ölkələrin təcrüblərini müqayisə etməyə də imkan verir, bu isə öz növbəsində Açıq Hökumət Məlumatları ilə bağlı siyasətlər, strategiyalar, təşəbbüslər barədə bilikləri artırmağa və onları ümumiləşdirməyə imkan verir.

 

Bu layihə aşağıdakı məlumatları analiz edir:

 

– işgüzar informasiya

– reyestrlər

– patent və əmtəə nişanları barədə informasiya

– dövlət satınalmalarının məlumatlar bazası

– coğrafi məlumatlar

– hüquqi məlumatlar

– metreoloji məlumatlar

– nəqliyyat haqqında məlumatlar

– sosial məlumatlar

 Bu layihə çərçivəsində  Açıq Hökumət Məlumatları ilə bağlı  OECD OURdata İndeksi hazırlanır.

Bu İndeks hökumətlərin 3 əsas sahə üzrə səylərini qiymətləndirir- açıqlıq, faydalılıq və Açıq Hökumət Məlumatlarının məlumatalrının təkrar istifadə imkanı.

İndeks  barədə ətraflı bu link vasitəsilə öyrənə bilərsiniz.

http://www.oecd.org/gov/digital-government/open-government-data.htm

 

Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB-nin  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Açıq Hökumətin  Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir. x