Açıq hökumət islahatlarında KİV-in rolu

Məlum olduğu kimi, Açıq Hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsini nəzərdə tutur. Bu istiqamətlər üzrə tədbilər  27 fevrak 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən  Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üçün Fəaliyyət Planında da nəzərdə tutulub.

Açıq hökumət islahatalrının uğurla həyata keçirilməsində, şəffaflıq və hesabatlılığın təmin olunmasında  QHT-KİV  əməkdaşlığı əsas şərtlərdən biridir.  “Güzaran” Sosial Araşdırmalar İB sədri, “İstiqlal.az” xəbər saytınınBaş redkatoru Qadir iBrahimli heab edir ki,  Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təşəbbüslərə fəal media dəstəyinin verilməsi yolu ilə cəmiyyətin müxtəlif təbəqələrini məlumatlandırmaq zəruridir.

Açıq Hökumətin Təşviqinə  Dair Hökumət – Vətəndaş Cəmiyyəti  Dialoqu Platformasının koordinatoru  Əliməmməd Nuriyevin sözlərinə görə, Açıq Hökumətin  ən mühüm  prinsiplərindən biri  informasiya  əlçatanlığının təmin edilməsidir ki, bu istiqamətdə də KİV-lərin üzərinə böyük yük düşür:

“İnformasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi

üçün çox vacibdir” – deyən Nuriyev bu məsələlərdə KİV-in xüsusi rola malik olduğunu bildirir.

Dediyinə görə, media bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə  böyük töhfələr verir.  Eyni zamanda, KİV- bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin  yaradılmasına xidmət edir.

O, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması bu sahədə KİV-in təkliflərinə və əməkdaşlığına hər zaman  açıq olduğunu vurğulayıb.

Açıq hökumətin təşviqinə dair  2020-2022-ci illər üçün Milli Fəaliyyət Planınında da informasiya açıqlığının təmin olunması ilə bağlı tədbilər nəzərdə tutulub və KİV təmsilçiləri bu məsələlərdə daha fəal olmalıdırlar.

Açıq Hökumət Platformaısının katibi Ekspert Zaur İbrahimli əməkdaşımızla söhbətində bildirib ki, KİV məlumatlandırma, maarifləndirmə, nöqsanların aşakarlanması və ictimailəşdirilməsi, ictimai maraq və mənafelərin ifadə olunmasıyla Açıq Hökumət ideyasının təşviqi, vətəndaşların Açıq Hökumət islahatlarına geniş cəlb olunmasında çox əhəmiyyətli missiya yerinə yetirə bilər: “Dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması  sahəsində KİV vətəndaş cəmiyyətinin dəstəyi ilə hökumət-cəmiyyət (idarəedənlər və idarə olunanlar) arasında körpü, əks-əlaqə mexanizmi rolunu oynaya bilər. Mətbuat ictimai əhəmiyyətli qərarların qəbulu, yaxşı idarəetmə, hesabatlılıq, şəffaflığın təmin edilməsi məsələləri ilə bağlı debatları, müzakirələri dəstəkləməklə, Açıq Hökumət təşəbüslərinə yol açılmasında, vətəndaş cəmiyyətinin vəkillik səylərinin uğurla nəticələnməsində aparıcı rola malikdir” deyən İbrahimlinin sözlərinə görə, islahatlar üçün zəruri etimad mühitinin formalaşdırılmasında KİV çox vacib rola malikdir. Açıq Hökumət təşəbbüsləri üçün geniş ictimai iştirakçılıq, vətəndaş iştirakçılığı zəruri şərtlərdəndir.  İctimai rəy formalaşdırılmasında çox mühüm rol oynayan institut kimi KİV bu sahədə vətəndaş cəmiyyətinin əsas tərəfdaşı kimi çıxış edir.

AHT təşəbbüsləri KİV-in daha dolğun informasiya almaq, araşıdırmalar aparmaq, vətəndaş cəmiyyəti təsisatı kimi ictimai nəzarətin həyata keçirilməsində fəal rol almağında yeni imkanlar təqdim edir. AHT təşəbbüsləri söz və mətbuat azadlığının hüdudlarını genişləndirir, KİV-in ictimai qərarların qəbulu, dövlət xərcləri, vəzifəli şəxslərin fəaliyyəti və s. ilə bağlı məlumatlar əldə edilməsi, açıq debatlar və müzakirələr üçün yeni alətlər yaradılmasında yardımçı olur.

Z.İbrahimliyə  görə,  AHT təşəbbüsləri KİV-in jurnalistlərin ictimai əhəmiyyətli qərarların qəbulu, dövlətin fiskal siyasəti, dövlət xərcləri və s. ilə bağlı bilik və bacarıqlarına artırmağa yardım göstərir. Onun sözlərinə görə, Açıq Hökumətin təşviqi sahəsində QHT-lər KİV üçün  təlim proqramları hazırlaya, jurnalistlər üçün açıq böyük massiv məlumat bazaları ilə işləmək bacarıqlarının artırılmasında yardım göstərə bilər. Bundan başqa, III sektor mətbuat üçün AHT prinsipləri və fəaliyyətləri ilə debatlar, müzakirələr, araşdırmalar üçün mövzu, ekspert və texniki dəstək təqdim edə bilər: “QHT-lər KİV, jurnalistlər üçün qanunvericiliyin izahı, aydınlaşdırılması, müxtəlif  bələdçi vəsaitlərin hazırlanması ilə bağlı fəaliyyətlər həyata keçirə bilər. Jurnalist araşdırmalarının dəstəklənməsi, informasiya almaq, kənar təzyiqlərdən müdafiə də KİV-ə yardım fəaliyyətləri kimi nəzərdə tutulmalıdır”.

Ekspertin dediyinə görə, Açıq Hökumətin təşviqi sahəsində KİV-QHT əməkdaşlığı Açıq Hökumət Təşəbbüslərinə geniş ictimai dəstəyin təmin edilməsinə, ictimai vəkillik səylərinin uğurla nəticələnməsi üçün açıq müzakirə, debatların daha geniş miqyas almasına, hökumət strukturlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artırılmasına gətirib çıxara bilər.

Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB-nin  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Açıq Hökumətin  Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.