Açıq Hökumətin Təşviqi üzrə yeni MFP-nin hazırlanması müzakirələrinə dəvət

Vətəndaş cəmiyyətinin diqqətinə

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası 13 sentyabr 2019-cu il tarixdə, saat 15.00-da Dövlət Miqrasiya Xidmətininin inzibati binasında, Konfrans zalında keçiriləcək.
İclasda səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə əlaqədar təkliflər, məsələlər müzakirə olunacaq.
Maraq göstərən və müzakirələrə qatılmaq istəyən QHT təmsilçiləri, müstəqil ekspertlər, vətəndaşlar office@ogp.org.az elektron poçtu vasitəsilə 12.09.2019-cu il, saat 18.00-dək iştirakları barədə məlumat verərək iştirak edə bilərlər.