Hörmətli QHT nümayəndələri
Sizləri 27.02.2019-cu il tarixində Hiyyat Regency Bakı mehmanxanasının Bakı zalında saat 11.00-dan – 13.00-dək keçiriləcək “Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması üzrə “Yol xəritəsi””nin müzakirəsinə dəvət edirik. Tədbirdə Açıq Hökumət Platforması üzvləri, digər QHT-lər və Korupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi iştirak edəcək.
“Yol xəritəsi” Azərbaycan Açıq Hökumət Platformasının saytında yerləşdirilib. Bu link vasitəsilə yükləyə bilərsiniz. https://ogp.org.az/az/wp-content/uploads/2019/02/RoadMapOGPfinal.pdf
Xatırladaq ki, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü-OGP Azərbaycana Hökumət və vətəndaş cəmiyyətinin birgə Açıq Hökumət Milli Fəaliyyət Planın hazırlanması ilə əlaqədar “Yol Xərtiəsi” hazırlanmasını tövsiyyə edib. Azərbaycan Açıq Hökumət Platformasının təşəbbüsü ilə QHT-lərdən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup “Yol Xərtiəsi”ni hazırlayıb.
Sizləri də bu müzakirələrdə və həmçinin onlayn formada iştiraka dəvət edirik. “Yol xərtisəini” yuxarıda qeyd olunun link vasitəsilə yükləyib, təkliflərinizi office@ogp.org.az və nuriyevalimammad@gmail.com e-mail ünvanlarına göndərə bilərsiniz.