“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatlarının geniş ictimaiyyətə çatdırılması və populyarlaşdırılması, HSŞ proseslərində iştirakçılığın artırılması, HSŞ prosesinə ictimai inamın və etimadın gücləndirilməsidir.
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi qeyd edilən layihə çərçivəsində Ağdaş, Göyçay Ağsu, Qobustan rayonlarında ictimaiyyətin məlumatlandırılması məqsədilə “Azərbaycanda Hasilat Sənayesində Şəffaflığın təmin olunması sistemi” mövzusunda İctimai mühazirə təşkil edib. Tədbirlərdə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə barədə məlumat verib. HSŞ proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb.
Layihə eksperti Xalid Kazımov isə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı” mövzusunda təqdimat edib. İctimai müzahirədə yerli ictimaiyyətin 120-dən çox nümayəndəsi iştirak edib. Mühazirədə iştitirakçılar üçün Azərbaycan hökumətinin hasilat sənayesində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib təqdimat edilib, onlarla fikir mübadiləsi aparılıb, rəyləri toplanılıb, onların sualları cavablandırılıb.
Növbəti İctimai mühazirənin Daşkəsən rayonunda keçirilməsi planlaşdırılır.