Gürcüstanda “Açıq hökumət” yaradılması ilə bağlı hansı işlər görüləcək?

11 noyabrda Gürcüstanda “Açıq hökumət” üzrə 2016-17-ci illər üçün  Fəaliyyət Planı” təsdiq edilib. Planı ədliyyə naziri Tea Çulukiani təqdim edib.

Fəaliyyət Planında 24 öhdəlik nəzərdə tutulub və icraçı qurum kimi 24 dövlət qurumu və bələdiyyələr müəyyənləşdirilib.

Ən mühüm yeniliklərdən biri Fəaliyyət Planın hazırlanmasına bələdiyyələrin cəlb olunmasıdır. Fəaliyyət Planında bu dəfə İnnovasiyalar Agentliyinin dövlət xidmətləri ilə bağlı mobil tətbiqlərin hazırlaması da planlaşdırılıb. Mobil əlavə “112”ə alternative olacaq. Bu əlavənin hazırlanmasından sonra bədbəxt hadisə ilə üzləşmiş insanın yerləşdiyi yer tez bir zamanda müəyyənləşdiriləcək.

Dövlət büdcəsinin vəsaitlərindən istifadə olunmasına nəzarət edilməsində (dövlət auditi) vətəndaşların iştirakı mexanizmlərinin yaradılması, dövlət satınalmalarında isə elektron innovasiyaların tətbiqi, vəzifəli şəxslərin gəlir bəyyanamələrinin monitorinqi sisteminin yaradılması da  öhdəliklər kimi nəzərdə tutulub.

Açıq Hökumətin Təşviqinə dair Hökümət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması