Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması ” layihəsi üzrə 13.07.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” haqqında bəzi qeydlər və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması sahəsində vəziyyətin qiymətləndirilməsi” mövzularının müzakirəsi keçirilib.