Böyük Britaniyanın Beynəlxalq İnkişaf üzrə Dövlət Departamenti Ukrayna, Gürcüstan, Moldova, Serbiya və Bosniyayada “Açıq hökumət” yaradılması üçün 100 milyon funt sterlinq ayıracaq.
Bu vəsaitdən qeyd edilən ölkələrdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün də istifadə olunacaq.
Bu barədə Britaniya hökumətinin təhlükəsizlik strategiyası ilə bağlı hesabatında məlumat verilib.
Baş nazir administrasiyasının hesabatına görə, hökumət Səmərli İdarəetmə Fonduna (Good Governance Fund) 2015-2017, 2017-2018-ci maliyyə illərində, ümumilikdə 60 mln. funt sterlinq ayıracaq. 2018-2019-cu maliyyə ili üçün 40 mln. funt-sterlinq verilməsi nəzərdə tutulub.
Bildirilmişdir ki, göstəriləcək yardım bu ölkələrə öz iqtisadiyyatlarını gücləndirməyə, korrupsiyaya qarşı mübarizə və onların öz insanlarına daha yaxşı xidmət təmin etməsi üçün zəruri islahatları aparmağa kömək edəcək.