Namik Axundov – Korrupsiyaya Qarşı Mübarizə Fondu

Korrupsiyaya qarşı Mübarizə Fondu

Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.

Ünvan:

AZ1000,

Azərbaycan, Bakı,

Azadlıq pr. 3/13

Tel/Faks: (+994 12) 493 02 76; (+994 12) 493 77 95

Email: office@aznocorruption.az

 

Namik Axundov

Axundov Namik Atalla oğlu 1940-cı ildə Lənkəran şəhərində anadan olub. Neft və Kimya institutunu bitirib. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləyib. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-ci ildən Nazirlər Soveti Aparatında çalışıb. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini, 1985-ci ildən isə sədri təyin olunub.
1985-ci ildə Axundov Namik Azərbaycan Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-cı ildə isə Rusiya İdarəetmə Akademiyasında “Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-cu ilin yanvarında vəzifəsindən istefa verib. Hal-hazırda Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər kafedrasının professorudur. ABŞ-ın Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.

 

Email: office@azcorruption.az