Açıq hökumətin təşviqinə dair 2020 – 2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası MONİTORİNQ HESABATI

Bu hesabat Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində hazırlanıb.
Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)
tərəfindən maliyyələşdirilir və ABŞ-ın FHI 360 təşkilatı, İCNL, MG Consulting tərəfindən
Azərbaycan Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra olunur.
Bu hesabat Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə və
Amerika xalqının köməyi sayəsində ərsəyə gəlmişdir. Nəşrin məzmunu onu hazırlayan ekspert
qrupuna məxsusdur və heç bir halda USAID və ya Amerika Birləşmiş Ştatları Hökumətinin
mövqeyini əks etdirmir.
Bu hesabatda həmçinin, ECSOFT layihəsi çərçivəsində Sabit Bağırovun rəhbərlik etdiyi ekspert
Qrupunun “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci
istiqamətinin monitorinqi”nin nəticələrindən istifadə edilib.
Azərbaycan Açıq Hökumət Platforması bu hesabatın işlənib hazırlanmasında verdikləri töhfəyə
görə ECSOFT, ekspertlər, o cümlədən hökumət və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinə, informasiya sorğularını cavablandıran dövlət qurumlarına minnətdarlığını
bildirir.

Hesabat ilə daha ətraflı burdan tanış ola bilərsiz.