Açıq Hökumət Platforması QHT-lərlə əlaqədar Təkliflər paketini təqdim edib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə  16.06.2017-ci il  tarixində  Bakıda, Holiday İnn otelində Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflər paketinin müzakirəsi keçirilib.

Məruzə ilə çıxış edən Hafiz Həsənov bildirib ki, AR Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Burada əsas fəaliyyətlərdən biri kimi “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması” nəzərdə tutulmuşdur. İndiki sənədin hazırlanmasında da məqsəd məhz həmin təkliflərin hazırlanmasında qeyri-hökumət təşkilatları tərəfindən bu prosesə dəstəyin verilməsi məqsədini güdür. H. Həsənov sonra qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyi təkmilləşdirilməsi sahəsində indiyədək həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib. Bundan sonra Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təklifləri təqdim edib. Təkliflər ümumilikdə 4 hissədən ibarət olmaqla “qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hüquqi mühitin inkişafı”, “Qeyri-hökumət təşkilatlarının qərarların qəbulu və ictimai nəzarət proseslərində iştirakının genişlənidirilməsi”, “Qeyri-hökumət təşkilatlarının xidmətlər sahəsində iştirakının gücləndirilməsi” və “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin digər məsələləri” kimi məsələləri əhatə edib.

Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. Qərara alınıb ki, sənəd iştirakçıların təklifləri əsasında bir qədər də təkmilləşdirildikdən sonra müvafiq dövlət orqanlarına təqdim edilsin. Təkliflərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar.

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflər